Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi ABŞ-ın İordaniyadakı hərbi bazalarının müdafiəsinə kömək etmək üçün pilotsuz uçuş aparatları üzrə mütəxəssislər göndərib.
Sitat.info xəbər verir ki, O, bu barədə “Nyu-York Tayms” qəzetinə açıqlamasında danışıb.
Zelenskinin sözlərinə görə, ABŞ cümə axşamı Ukraynadan yardım istəyib və artıq ertəsi gün ukraynalı mütəxəssislərdən ibarət qrup regiona yola düşüb. Onların yaxın vaxtda Yaxın Şərqə çatacağı gözlənilir.
“Biz dərhal reaksiya verdik. Mən dedim ki, bəli, əlbəttə, öz mütəxəssislərimizi göndərəcəyik”, – deyə Zelenski bildirib.
Qəzet yazır ki, Ukrayna ABŞ hərbi bazalarının müdafiəsi üçün pilotsuz aparatları məhv etmək üçün nəzərdə tutulan xüsusi dronlar və pilotsuz uçuş aparatları üzrə mütəxəssislərdən ibarət qrup göndərib.
Nəşr qeyd edir ki, Ağ Ev ABŞ-ın Ukraynadan rəsmi şəkildə kömək istəyib-istəmədiyi barədə suala cavab verməyib.
Bundan əvvəl Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin müavini, həmçinin Donetsk Xalq Respublikasının keçmiş xarici işlər naziri Natalya Nikonorova bildirib ki, Ukrayna Silahlı Qüvvələri hazırda cəbhədə Rusiya qoşunlarını böyük çətinliklə saxlayır. Onun sözlərinə görə, Zelenskinin Yaxın Şərqə kömək göstərilməsi ilə bağlı açıqlamaları absurddur və daha çox ABŞ-ın dəstəyini qazanmağa hesablanıb.
Nigar,
Sitat.info