Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, bazar ertəsindən etibarən Şimali Kiprdə altı ədəd F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirilib.
Sitat.info xəbər verir ki, nazirliyin açıqlamasında deyilir: "Regionumuzda baş verən son hadisələr fonunda və Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini gücləndirmək üçün görülən mərhələli tədbirlər çərçivəsində bu gündən etibarən həmin ərazidə altı ədəd F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Zərurət yaranarsa və hadisələrin inkişafından asılı olaraq əlavə tədbirlər də görüləcək”, – deyə bəyanatda bildirilir.
Aytac,
Sitat.info