İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

22:18 9 Mart 2026

Türkiyə Xarici İşlər Nazirliyi İranın Ankaradakı səfirini nazirliyə çağırıb.

Sitat.info xəbər verir ki, məlumatı "Haber Global" telekanalı yayıb. İran ərazisindən Türkiyə istiqamətində atıldığı bildirilən ballistik raketlə bağlı səfirdən izahat tələb olunub.

Türkiyə tərəfi baş verən hadisə ilə bağlı narahatlığını və etirazını İran diplomatına çatdırıb.

Qeyd olunub ki, məsələ ilə bağlı səfirdən rəsmi açıqlama istənilib.



Xəbər xətti