“Azərsun Holdinq” “Təmiz Dünya” İctimai Birliyinə dəstək verəcək

11:47 10 Mart 2026

“Azərsun Holdinq” sosial məsuliyyət strategiyasına sadiq qalaraq, “Təmiz dünya” İctimai Birliyinə məhsul təminatı dəstəyi verəcək.


Sitat.info xəbər verir ki, əməkdaşlıq çərçivəsində adıçəkilən şirkətlər qrupu həssas qrupa aid şəxslərin yaşadığı “Mehriban” qadın və uşaq sığınacağın zəruri ehtiyaclarını təmin etməklə bərabər müxtəlif sosial layihələr də icra edəcək.


“Azərsun Holdinq” üçün sosial məsuliyyət sadəcə korporativ siyasət deyil, bu, cəmiyyətə töhfə vermək və gələcəyin sağlam nəslinin formalaşmasına dəstək olmaq missiyasıdır.


Qeyd edək ki, tərəflər uzunmüddətli və davamlı təsir yaradacaq proqramların icrasını hədəfləyir.

Sitat.info



Xəbər xətti