Bakıda orta aylıq əməkhaqqı ARTDI

12:21 10 Mart 2026

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib.

Sitat.info xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü il ilə müqayisədə 8,6% artıb.

Qeyd edək ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3% artaraq 1102,9 manat təşkil edib.



Xəbər xətti