İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) ərəb və Avropa ölkələrinin Hörmüz boğazından keçidi üçün şərtlərini elan etdi.
Sitat.info xəbər verir ki, SEPAH bunun üçün ilk növbədə həmin ölkələr ABŞ və İsrail səfirlərini qovmalıdırlar.
"İsrail və ABŞ səfirlərini öz ərazilərindən qovan hər hansı bir ərəb və ya Avropa ölkəsinə sabahdan etibarən Hörmüz boğazından tam azadlıq və keçid veriləcək".
İran ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyası 28 fevralda başladıqdan sonra Hörmüz boğazını bağlayıb. Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran "Hörmüz boğazından neft axınını dayandırmaq üçün bir şey edərsə, ABŞ ona indiyə qədər etdiyindən iyirmi dəfə daha sərt zərbə endirəcək".
ABŞ prezidenti əvvəllər Hörmüz boğazına nəzarəti ələ keçirmək barədə "düşündüyünü" bildirmişdi və boğazla "çox şey edə biləcəyini" qeyd etmişdi. Tramp həmçinin boğazın artıq açıq olduğunu və gəmilərin keçdiyini iddia etsə də, hələ də ora nəzarəti ələ keçirməyi düşünür.
Nigar,
Sitat.info