Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı baş tutub.
Sitat.info xəbər verir ki, söhbət zamanı Fidan Türkiyənin hava məkanının pozulmasının qəbuledilməz olduğunu və Ankaranın buna qarşı bütün lazımi tədbirləri görməyə davam edəcəyini vurğulayıb.
Nazir əlavə edib ki, bütün tərəflər regional təhlükəsizliyə zərər verə və mülki şəxslər üçün təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidirlər.
Əraqçı da öz növbəsində qeyd edib ki, Türkiyənin hava məkanını pozan raketlər İran mənşəli deyil və tam araşdırma aparılacaq.
Tehran,
Sitat.info