İran Körfəz ölkələrinin əhalisinə müraciət etdi: İLGİNC TƏLƏB

10:20 11 Mart 2026

İran Körfəz ölkələrindən ABŞ və İsrail hərbi personalının sığındığı ərazilərdəki sığınacaqların yerlərini açıqlamalarını istəyib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkarçi bildirib.

 "Regionun müsəlman xalqından və regiondakı ölkələrdən xahiş edirəm ki, bizə Amerika-sionist (ABŞ və İsrail nəzərdə tutulur) qüvvələrinin sığınacaqlarını göstərsinlər ki, bu ölkələrin xalqları özlərinə zərər verməsinlər və regiondakı insanları canlı qalxan kimi istifadə edənləri daha dəqiq hədəfə ala bilək"- Şəkarçi qeyd edib. 

Aytac,

Sitat.info 



Xəbər xətti