Trampdan İranı hədələdi - "Onları dərhal çıxarın"

10:48 11 Mart 2026

"Əgər İran Hörmüz boğazına mina yerləşdiribsə,  biz onların dərhal çıxarılmasını tələb edirik. Əgər  hansısa  səbəbdən minalar yerləşdirilibsə və dərhal çıxarılmasa, İran üçün hərbi nəticələr misli görünməmiş olacaq. Onlarla sürətli və qəddarcasına davranılacaq. DİQQƏTLİ OLUN!" 

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp sosial media hesabında yazıb.

O, qeyd edib ki, ABŞ ordusu Hörmüz boğazında mina yerləşdirməyə çalışan istənilən qayıq və ya gəmini birdəfəlik məhv etmək üçün müasir texnologiya və raket imkanlarından istifadə edir.

Tehran

Sitat.info 

 



Xəbər xətti