"Bazarlar tarixin ən böyük uçurumu ilə üzləşib" - Abbas Əraqçi

10:30 11 Mart 2026

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-İsrail hücumlarının iqtisadi təsirləri ilə bağlı açıqlama verib. 

Sitat.info xəbər verir ki,  o, ABŞ-da ciddi iqtisadi böhranın yaşanacağını istisna etməyib. 

ABŞ rəsmilərinin "saxta xəbərlər yaymaqla bazarları manipulyasiya etdiyini" bildirən Əraqçi deyib ki, bu, onları Amerika xalqına tətbiq etdikləri inflyasiya sunamisindən xilas etməyəcək. 

Əraqçi , bazarların "tarixin ən böyük boşluğu və uçurumu ilə üzləşdiyini" bildirib: ""Bu böhran 1973-cü il Ərəb neft embarqosunun, 1979-cu il İran İslam İnqilabının və 1990-cı il İraqın Küveytə hücumunun birgə təsirlərindən daha böyükdür".

 "İranın ABŞ və ya ABŞ qüvvələrinə qarşı qabaqlayıcı hücum və ya qabaqlayıcı zərbə endirmək niyyətində olduğu iddiası açıq-aşkar yalandır. Bu yalanın yeganə məqsədi İsrail tərəfindən hazırlanmış və adi amerikalıların pulu ilə maliyyələşdirilən təhlükəli bir macəraçılığı olan "Böyük Səhv Əməliyyatı"nı haqlı çıxarmaqdır" -deyə İran XİN başçısı əlavə edib. 

Aytac,

Sitat.info 

 

 



Xəbər xətti