Bakı metrosunda yaşanan həyəcanlı anlarla bağlı RƏSMİ AÇIQLAMA

11:06 11 Mart 2026

Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.

Sitat.info  xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sərnişinin iddiası əsassızdır:

"Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir"./Oxu.az



Xəbər xətti