Hörmüz boğazında yük gəmisi naməlum mərmi ilə vurulub.
Sitat.info İran mediasına istinadən xəbər verir ki, mərminin zərbəsindən sonra gəmidə yanğın baş verib.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi çərşənbə günü bildirib ki, insident nəticəsində gəminin göyərtəsində yanğın başlayıb və ekipaj üzvləri təxliyə edilib. Zərbədən sonra gəmi yardım siqnalı göndərib.
Agentlik qeyd edib ki, hadisə barədə məlumat Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xeymə şəhərindən təxminən 25 dəniz mili şimal-qərbdə qeydə alınıb.
Konteyner gəmisinin kapitanının sözlərinə görə, gəmi naməlum, lakin şübhəli mərminin zərbəsi nəticəsində zərər görüb.
Qeyd edək ki, hazırda zərərin həcmi araşdırılır. Bildirilir ki, bütün ekipaj üzvləri təhlükəsizdir.