Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirməyə davam edəcəyik - Pezeşkian

12:54 11 Mart 2026

İran prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı bildirib ki, İran İslam Respublikasına qarşı hücumların həyata keçirildiyi Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirməyə davam edəcək.

Sitat.info xəbər verir ki, İranın dövlət televiziyası prezidentin sözlərini sitat gətirib.

Pezeşkian həmçinin beynəlxalq ictimaiyyəti və təşkilatları İrana qarşı müharibənin arxasında duranları araşdırmağa çağırıb. O qeyd edib ki, bu məqama məhəl qoymamaq dünya nizamını və təhlükəsizliyi formalaşdıran şərtlərə təsir edəcək, xaosa və qeyri-sabitliyə səbəb olacaq.

Tehran,

Sitat.info 



Xəbər xətti