Yaxın Şərqdə müharibə fonunda neft qiymətlərinin artması dünya enerji bazarında narahatlıq yaradıb.
Sitat.info xəbər verir ki, "Böyük Yeddilik" (G7) ölkələrinin enerji nazirləri bu vəziyyəti müzakirə ediblər.
Virtual görüşdən sonra nazirlər bildiriblər ki, neft qiymətlərindəki artımın qarşısını almaq üçün Beynəlxalq Enerji Agentliyi ilə koordinasiyalı şəkildə “bütün zəruri tədbirləri görməyə hazırdırlar.
Açıqlamada qeyd olunub ki, vəziyyət tələb edərsə, strateji neft ehtiyatlarından istifadə də mümkün variant kimi nəzərdən keçirilir.
Məlumata görə, Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrin dövlət nəzarətində 1,2 milyard bareldən çox fövqəladə neft ehtiyatı var. Bundan əlavə, hökumət mandatı ilə sənaye sektorunda təxminən 600 milyon barel əlavə ehtiyat saxlanılır.
Qeyd edək ki, Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyi 1973-cü ildə baş verən qlobal neft böhranından sonra enerji təchizatında ciddi pozuntulara qarşı beynəlxalq koordinasiyanı təmin etmək məqsədilə yaradılıb.
Tehran,
Sitat.info