Tramp neftin qiymətləri ilə bağlı PROQNOZUNU açıqladı

09:31 12 Mart 2026

ABŞ Prezidenti Donald Tramp neft qiymətləri ilə bağlı növbəti proqnoz verib.

Sitat.info xəbər verir ki, Ağ Ev rəhbəri “Foks Nyus”a açıqlamasında bu barədə danışıb.

O, ABŞ-İsrail birgə əməliyyatının davam etməsinə baxmayaraq, neft qiymətlərinin tezliklə gözləniləndən daha çox enəcəyini proqnozlaşdırıb:

"Bazar yaxşı vəziyyətdədir. Qiymətlər xeyli aşağı düşür".

Tramp əlavə edib ki, yanacaq qiymətləri ilə bağlı baş verənlər "sadəcə müharibə məsələsidir".



Xəbər xətti