ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibədə faktiki olaraq artıq qalib gəldiklərini bildirib.
Sitat.info xəbər verir ki, jurnalistlərə açıqlama verən Trampın sözlərinə görə, hazırda məsələ yalnız hərbi əməliyyatların nə vaxt başa çatacağındadır.
“Çox yaxşı vəziyyətdə” olduqlarını vurğulayan ABŞ Prezidenti deyib ki, İranda qələbə qazanıblar, amma işi bitirmək üçün əməliyyatları davam etdirəcəklər.
“Əsas olan budur ki, bunu qazanmalıyıq, tez qazanmalıyıq, amma qazanmalıyıq”, - Tramp bildirib.
Tramp hərbi əməliyyatların ilk saatlarında məsələni həll etdiklərini diqqətə çatdırıb: “Biz qalib gəlmişik. İlk saatda artıq iş bitmişdi”.
Tramp onu da bildirib ki, ABŞ İran donanmasına məxsus 58 gəmini məhv edib: “Amma biz oradan tez çıxmaq istəmirik, düzdür? Biz işi bitirmək istəyirik. Biz iki ildən bir ora qayıtmaq istəmirik”.