Gürcüstan Aİ ilə əlaqələrin bərpası üçün şərtlərini açıqladı

14:24 12 Mart 2026

Avropa İttifaqı Gürcüstanla münasibətləri bərpa etmək üçün ölkədə hakimiyyəti devirməyə yönəlmiş cəhdlərdən və müxalif təşkilatların gizli maliyyələşdirilməsindən imtina etməlidir.

Sitat.info xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuashvili bildirib.

Onun sözlərinə görə, Brüssel həmçinin Gürcüstana qarşı ritorikanı dayandırmalı və ölkəyə qarşı təbliğatın maliyyələşdirilməsini dayandırmalıdır.

Qeyd edək ki, 2024-cü ilin mayında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdikdən sonra ölkənin Avropa İttifaqıABŞ ilə münasibətləri pisləşib.

Rəsmi Tbilisi isə bildirir ki, qanunun məqsədi ölkədə fəaliyyət göstərən QHT-lərin maliyyə axınlarının şəffaflığını təmin etməkdir.

Aytac,

Sitat.info



Xəbər xətti