Dünən Çeçenistan lideri Ramzan Kadırov İran ətrafında baş verən hərbi gərginliklə bağlı ilk dəfə açıqlama verib.
Sitat.info xəbər verir ki, bununla bağlı, Kadırov “Telegram” kanalında paylaşım edib.
Kadırov bildirib ki, ABŞ və İsrail müqəddəs Ramazan ayında İrana hücum etməklə İslam dünyasında parçalanma yaratmağa çalışıblar. O, Əli Xameneiyə qarşı sui-qəsd cəhdini pislədiyini vurğulayıb.
Çeçenistan lideri İranın Amerikanın hərbi bazalarına endirdiyi zərbələri “düşmənə gözlənilən cavab” kimi dəyərləndirib. Bununla yanaşı, o qeyd edib ki, üçüncü ölkələrdə mülki infrastruktura hücumlar və mülki insanların həlak olması heç bir halda haqlı sayıla bilməz.
Kadırov xüsusilə BƏƏ və Bəhreyndə baş verən hadisələrə diqqət çəkərək, bu ölkələrin vətəndaşlarının zərər görməsini qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, BƏƏ bölgədə sabitliyi ilə seçilən ölkələrdən biridir və qonşularına qarşı hərbi iddiaları olmayıb.
Nigar,
Sitat.info