Azərbaycanda müəllim faciəvi şəkildə ÖLDÜ

10:06 16 Mart 2026

Quba rayonunda qadın dəm qazından boğularaq ölüb.

Hadisə rayonunun Xucbala kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin məktəbində müəllim işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun 4 uşaq anası olduğu bildirilir.

Faktla bağla araşdırma aparılır./Report



Xəbər xətti