ABŞ İran rəhbərliyi daxilində əməkdaşlıq edə biləcəyi fiqurlar görür.
Sitat.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Bəzi şəxslər var ki, fikrimizcə yaxşı ola bilərlər. Baxarıq. Bu barədə danışırıq. Görək hadisələr necə inkişaf edəcək”, — deyə o, jurnalistlərin İranın siyasi rəhbərliyi və ABŞ ilə İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatının məqsədləri barədə sualını cavablandırarkən bildirib.
O, jurnalistlərlə ABŞ paytaxtına gedərkən təyyarəsində söhbət edib.
Tramp həmçinin bildirib ki, hələ indidən İran üzərində “qələbə” elan etmək və kampaniyanın bitdiyini demək niyyətində deyil. Çünki bunun üçün səbəb yoxdur. Ancaq Ağ Ev rəhbəri əməliyyatın tezliklə başa çatacağını da iddia edib.
“Müharibə bitən kimi qiymətlər [neft və digər mallar] sürətlə düşəcək. Bu kifayət qədər tez baş verəcək”, — deyə prezident İran əleyhinə əməliyyatı nəzərdə tutaraq bildirib.
Eyni zamanda, Vaşinqton administrasiyasının rəhbəri ABŞ Quru Qoşunlarının İrana mümkün müdaxilə üçün istifadə olunub-olunmayacağı barədə sualı dəqiqləşdirməkdən qəti şəkildə imtina edib.
“Niyə sizə qoşun göndərib-göndərmədiyimi deyim ki? Mən hərbi strategiyanı açıq şəkildə müzakirə etmirəm. Kim belə suala cavab verərdi?” — deyə prezident bildirib.
Nigar,
Sitat.info