İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

11:21 16 Mart 2026

Məşhur tarixçi professor İlber Ortaylının illər əvvəl dilə gətirdiyi vəsiyyət yerinə yetirilib.

İ.Ortaylının istəyinə uyğun olaraq onun ölüm xəbəri minarədən oxuyan səsindən təsirləndiyi imam-xətib Dursun Şahin olub.

Bildirilib ki, Ortaylı illər əvvəl Üsküdardakı Çinili məscidində xidmət edən Dursun Şahinə - "Mən ölsəm, elanı sən verəcəksən" - dediyi və bunu bir növ vəsiyyət kimi bildirdiyi qeyd olunur.

Martın 13-də vəfat edən tarixçinin bu istəyi illər sonra həyata keçirilib. İmam-xətib Dursun Şahin Ortaylı üçün minarədən dua oxuyaraq, camaatı cənazə namazına səsləyərək onun vəsiyyətini yerinə yetirib./Milli.az



Xəbər xətti