Dünən İran prezidenti Məsud Pezeşkian və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Sitat.info-nun İran mediasına istinadən məlumatına görə, tərəflər regionda baş verən son hadisələri və mövcud vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı bölgədə artan gərginlik və təhlükəsizlik məsələlərinin də gündəlikdə olduğu bildirilir.