Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün işləməyəcək

14:11 16 Mart 2026

Azərbaycanın Türkiyədəki səfirliyi on gün konsulluq xidməti göstərməyəcək.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq.

Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.



Xəbər xətti