Əfqanıstan Pakistanı Kabildəki xəstəxanaya hava hücumunda nəticəsində ən azı 400 nəfərin ölümünə və 250 nəfərin yaralanmasına səbəb olmaqda ittiham edib.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan hökuməti məlumat yayıb.
Əfqanıstan hökumətinin sözçüsünün müavini Həmdullah Fitrat özünün "X" hesabındakı paylaşımda bildirib ki, axşam saatlarında baş verən hava hücumu Kabildəki xəstəxanaya dəyib və 2000 çarpayılıq müəssisənin böyük bir hissəsini dağıdıb. Fitrat bildirib ki, ölənlərin sayı 400-ə çatıb və təxminən 250 nəfər yaralanıb.
Ölüm sayı yüzlərlə çatmamışdan əvvəl Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid ölən və yaralananların xəstəxanadakı xəstələr olduğunu bildirmişdi.
Pakistan ittihamı rədd edərək, Əfqanıstanın şərqindəki hərbi hücumlarının mülki əraziləri hədəf almadığını iddia edib.
Tehran Yusifli,
Sitat.info