Bu barədə Sitat.info Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkəyə İtaliya, Rumıniya, Portuqaliya daxildir.
2026-ci ilin iki ayında Azərbaycan İtaliyaya 1 milyard 142 milyon 38 min ABŞ dolları dəyərində 2 milyon 427 min 850 ton, Rumıniyaya 140 milyon 707 min ABŞ dolları dəyərində 286 min 281 ton, Portuqaliyaya 112 milyon 358 ABŞ dolları dəyərində 223 min 549 ton xam neft ixrac edib.