ABŞ-də Terrorla Mübarizə Mərkəzinin direktoru İrana görə istefa verdi
19:22 17 Mart 2026
ABŞ-də Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent istefa verib.
Sitat.infoxəbər verir ki, o, bununla bağlı Prezident Trampa məktub ünvanlayıb.
“İranda davam edən müharibəni dəstəkləyə bilmərəm. İran millətimiz üçün heç bir təhlükə yaratmadı və bu müharibəni İsrailin və onun güclü Amerika lobbisinin təzyiqi səbəbindən başlatdığımız aydındır”,- deyə Co Kent sosial mediada paylaşdığı məktubunda qeyd edib.