“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq

20:24 17 Mart 2026

"Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa millisinin qarşıdakı toplanışına dəvət alacaq.
 

Sitat.info xəbər verir ki, "TVP Sport" kanalının yaydığı xəbərdə bildirilir ki, 26 yaşlı qolkiper yığmanın baş məşqçisi Yan Urban tərəfindən DÇ-2026-nın pley-off mərhələsinin oyunları üçün heyətə daxil ediləcək 4 qapıçıdan biri olacaq.

 

Qeyd edək ki, martın 26-da Polşa milli komandası yarımfinalda Albaniya milli komandası ilə üz-üzə gələcək. Polşalılar qalib gələcəyi təqdirdə, finalda Ukrayna - İsveç cütünün qalibi ilə dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaq. Həlledici görüş martın 31-də keçiriləcək.



Xəbər xətti