ABŞ Prezidenti Donald Trump Hörmüz boğazı ilə bağlı sosial media hesabında paylaşım edib.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, Tramp bildirib ki, əgər ABŞ boğaza nəzarəti ələ keçirərək onu istifadə edən ölkələrin ixtiyarına versəydi, bəzi müttəfiq ölkələr qısa müddətdə hərəkətə keçərdi.
"Əgər biz İran terrorçu dövlətindən qalanı aradan qaldırıb Hörmüz boğazına nəzarəti onu istifadə edən ölkələrə versəydik, bu, cavab verməyən bəzi müttəfiqlərimizi tez bir zamanda səfərbər edərdi”, – deyə o qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton bu strateji boğazdan istifadə etmir.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur. Son vaxtlar isə ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra bölgədə gərginlik artıb və boğazda gəmi hərəkətinin azaldığı bildirilir.