Xalq artisti Mənsum İbrahimov oğlu İbrahimdən danışıb.
Sitat.info xəbər verir ki, xanəndə övladının Türkiyədə yaşadığını bildirib.
"Qonaqcanlı" verilişində bu haqda danışan xanəndə övladlarından heç birinin nun yolunu davam etdirmədiyini deyib:
"Oğlum Türkiyəyə getdi, magistraturada oxuyur. Orada da çalışır. İctimai fəaldır. Beynəlxalq münasibətlərdə oxuyur, amma başqa işlərlə də məşğuldur. Milli bayramlarımızı sevir. Orada bununla bağlı tədbirlərdə iştirak edir.
Mənim sənətimi övladlarımdan heç biri davam etdirmədi. Uşaqlarım bu sahəyə maraq göstərmədi. Görsəydim istedadları var, kömək edərdim. Amma valideyninə görə bu sahədə məcbur getsə, yarı yolda qalar. Məni heç kim yönəltməyib, zəhmətlə bu yerə gəlmişəm".
///AZXEBER.COM