Küveytdə neft emalı zavodu vuruldu, yanğın başladə

11:49 19 Mart 2026

Küveytdə neft emalı zavoduna dron hücumu olub.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki,  bu barədə Küveyt Neft Korporasiyası məlumat yayıb.

Əl-Əhmadi limanında neft emalı zavoduna PUA zərbəsi nəticəsində yanğın baş verib.

“Əl-Əhmadi neft emalı zavodunun istehsal bölmələrindən birinə pilotsuz uçuş aparatı ilə hücum edilib, nəticədə yanğın baş verib, lakin heç kim xəsarət almayıb”, – korporasiyadan bildirilib.



Xəbər xətti