Bu gün Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun məlumatına görə, yüksək keyfiyyətli peyk görüntüləri Airbus tərəfindən əldə edilib və mərminin Buşehr nüvə elektrik stansiyasına təxminən 350 metr məsafədə düşdüyü məlum olub. .
Sitat.info xəbər verir ki, İran rəsmiləri daha öncə bildirib ki, ABŞ və İsrailin hücumları zamanı Buşehr AES ərazisində yerləşən tikililərdən biri zədələnib.
Bununla belə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi stansiyanın əsas reaktorunun hücum zamanı zərər görmədiyini təsdiqləyib.
Nigar,
Sitat.info