Ukraynaya yardımın əleyhinə çıxış etdi

17:53 19 Mart 2026

 

ABŞ silah-sursatını Ukraynaya göndərməməli, öz mənfəəti üçün istifadə etməlidir.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun katibi Pit Heqset jurnalistlərlə söhbəti zamanı deyib.

Heqset qeyd edib ki, Birləşmiş Ştatlar hələ də keçmiş prezident Co Baydenin yaratdığı vəziyyətlə məşğuldur.

Müharibə naziri silah-sursatın Amerika silahlı qüvvələrinə deyil, Ukrayna ordusuna verilməsinin davam etməsindən narazılığını bildirib.

“Geriyə baxanda və qarşılaşdığımız hər bir problemi araşdırdıqda, hamısı bir şeyə çevrilir: “Onları Ukraynaya göndərin”.

///Qafqazinfo

 

 
 
 



Xəbər xətti