İsrail HƏMAS-ın Xan-Yunisdəki (Qəzza Zolağı) hərbi kəşfiyyat komandiri Məhəmməd Əbu Şalalın öldürüldüyünü bəyan edib.
Bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib.
Məlumata əsasən, əməliyyat İsrail Ordusu və ŞABAK-ın (İsrail təhlükəsizlik xidməti) birgə qüvvələri tərəfindən həyata keçirilib, Əbu Şalal dəqiq zərbə ilə öldürülüb.
Ordudan bildirilib ki, Əbu Şalal kəşfiyyat zabiti olub və 2023-cü il oktyabrın 7-də İsrailə hücumun planlaşdırılmasında bilavasitə iştirak edib.