Allahşükür Paşazadə: Yaxın dostumu itirdim

10:39 20 Mart 2026

Allahşükür Paşazadə Gürcüstanın katolikos-patriarx II İlyanın dəfnində iştirak edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, uzun illər İlya ilə dostluq edib:

"O, daim mənim yanımda olub. Martın 22-də dəfndə iştirak edəcəyəm. Böyük şəxsiyyət idi. Azərbaycanın və mənim dostum idi. Dəfələrlə olub ki, Ermənistan məsələsində mənim yanımda olub. Yaxın dostumu itirdim".



Xəbər xətti