Makron: Fransa Aralıq dənizində Rusiyanın "Deyna" gəmisini ələ keçirib

17:00 20 Mart 2026

Fransa donanması Aralıq dənizində Rusiyanın "kölgə donanması"nın tərkibinə daxil olan "Deyna" gəmisini saxlayıb.
 
Sitat.info xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
 
"Beynəlxalq sanksiyaları aşan və dəniz hüququnu pozan bu gəmilər hərbi spekulyantlar kimi fəaliyyət göstərirlər. Onlar qazanc əldə etməyə və Rusiyanın hərbi əməliyyatlarını maliyyələşdirməyə çalışırlar. Biz buna imkan verməyəcəyik", - E.Makron qeyd edib.
 
O, həmçinin vurğulayıb ki, İran ətrafındakı böhran Fransanı Ukraynanı dəstəkləməkdən yayındırmayacaq.
//report



Xəbər xətti