İsrailin şimalıda İsrail ordusuna və yaşayış məntəqələrinə raket hücumları həyata keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə “Hizbullah” teleqram hesabında açıqlama yayıb.
Açıqlamada Şilom, Yiftah, Şomera, Kiryat Şimona, Netua, Ramot Naftali və Hanit kimi yaşayış məntəqələrinin raketlərlə hədəfə alındığı qeyd olunub.
Eyni zamanda, Yara, Branit, Metat və Zarit kazarmaları, həmçinin Livanın cənubundakı Hiyam şəhərində yerləşən İsrail hərbi mövqelərinin də hücuma məruz qaldığı bildirilib.
Bundan əlavə, Safedin şimalındakı Ein Zeitim Bazasının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hədəfə alındığına dair məlumat yayımlanıb.