Rusiyanın Moskva vilayətinin Kolomna şəhərində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin vilayət Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə bu gün Bakı vaxtı ilə saat 16:40-da baş verib.