Bakının Xətai rayonunda qəza nəticəsində BMW markalı avtomobil yanıb.
Sitat.info “Report”a istinadən xəbər verir ki, rayonun Seyid Əzim Şirvani küçəsində “BMW” markalı 77-SM-527 dövlət qeydiyyat nişanlı avtomobillə “Audi” markalı 90-LO-360 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.