Osimhenin zədəsinin sağalması üçün 6 həftə lazım olacaq

14:15 21 Mart 2026

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Liverpul”la matçda zədələnən "Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhenin bərpa müddəti müəyyənləşib.
 
27 yaşlı hücumçu təxminən 6 həftədən sonra yaşıl meydanlara qayıda biləcək.
 
Bu barədə futbolçunun özü Nigeriya mətbuatına açıqlamasında bildirib.
 
Xatırladaq ki, "Liverpul”un 4:0 hesablı qələbəsi ilə başa çatan matçda Osimhenin qolu qırılıb.
 
Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 29 rəsmi oyunda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.



Xəbər xətti