Bağdadda kəşfiyyat binasına PUA hücumu – 1 əsgər həlak oldu

14:30 21 Mart 2026

İraqın paytaxtı Bağdadda yerləşən Milli Kəşfiyyat Agentliyinin binasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
 
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, İraq Təhlükəsizlik Media Şəbəkəsinin rəhbəri Səəd Maan bildirib ki, hücum Bağdadın Mənsur rayonunda yerləşən agentliyin binasına qarşı həyata keçirilib.
 
Milli Kəşfiyyat Agentliyinin yaydığı açıqlamada qeyd olunub ki, bina ətrafı qanunsuz silahlı qruplar tərəfindən terror hücumuna məruz qalıb. Nəticədə bir zabit həyatını itirib.
 
Qurum hücumu agentliyin fəaliyyətinə mane olmaq üçün "uğursuz cəhd” kimi qiymətləndirib və vurğulayıb ki, bu cür hücumlar onların fəaliyyətini dayandıra bilməz.
 
Açıqlamada həmçinin bildirilib ki, hadisəyə görə məsul şəxslərin müəyyən edilərək ədalət mühakiməsinə cəlb olunması üçün əməliyyatlar davam etdirilir.
///AZXEBER.COM



Xəbər xətti