Hava ilə bağlı - XƏBƏRDARLIQ

15:15 21 Mart 2026

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən xəbərə görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.
 
Çaylarda sululuğun artacağı ehtimal olunur.



Xəbər xətti