Gəncədə 24 yaşlı gənc dəm qazından boğularaq ölüb

17:00 21 Mart 2026

Gəncədə 24 yaşlı gənc dəm qazından boğularaq ölüb.
 
Sitat.info xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
 
Şəhər sakini 2002-ci il təvəllüdlü X.Məmmədov yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.
 
O, xəstəxanaya aparılarkən yolda ölüb.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti