İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin sayca üçüncü – F-16 qırıcısını vurduğunu bəyan edib.
Sitat.info xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qırıcı bu gün səhər saatlarında İran səmasında aviakosmik qüvvələrin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
"Müharibənin ilk 3 həftəsi ərzində düşmənin pilotsuz uçuş aparatları, qanadlı raketləri, yanacaqdoldurma təyyarələri və ən müasir qırıcıları da daxil olmaqla 200-dən çox uçuş aparatının uğurla ələ keçirilməsi İranın hava hücumundan müdafiəsinin gücləndiyini nümayiş etdirir", - mətbuat xidmətindən bildirilib.