Naxçıvanda ər-arvad yaşadıqları evdə ölmüş vəziyyətdə tapılıblar.
Sitat.info xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb. İlkin məlumata əsasən, 40 yaşlı Baxşəli Allahverdiyev ilə 34 yaşlı arvadı Gülnarə Hüseynovanın üzərində xəsarət izləri müəyyən edilməyib. Prokurorluq hadisənin baş vermə səbəbini araşdırır.