İstanbul Baş Prokurorluğu cəmiyyətin ümumi əxlaqını, sosial quruluşu və ailə qaydalarını qorumaq məqsədilə hadisə ilə bağlı şəxslərə qarşı istintaq başlandığını açıqladı.
Sitat.info xəbər verir ki, Araşdırmalar və toplanmış dəlillər əsasında 16 şübhəli haqqında "şəxsi istifadə üçün narkotik maddə saxlamaq və ya istifadəsini asanlaşdırmaq" ittihamı ilə həbs qərarı verildi.
İstintaq çərçivəsində İstanbul Narkotik Cinayətləri Şöbə Müdirliyi qrupları şübhəliləri tutmaq üçün 16 ünvanda eyni vaxtda əməliyyatlar keçirdi. 14 şübhəli nəzarətə alındı, 2 nəfər haqqında isə həbs qərarı verildi.
Digər tərəfdən, istintaq çərçivəsində aşağıdakı şəxslərin həbsinə qərar verildiyi öyrənilib:
"Fikret Orman, Güzide Aksoy (Güzide Duran), Hakan Sabancı, Kerim Sabancı, Hande Erçel, Burak Elmas, Sezgin Köysüren, Ferhat Aydın, Lütfiye Tuğçe Özbudak, Koray Serenli, Onur Bükçü, İsmail Behram Perinçekli, Kaan Mellart, Didem Soydan, Onur Talay, Mustafa Tari."
Tehran,
Sitat.info