Biləsuvarda ağır qəza: 4 nəfər yaralandı

17:36 25 Mart 2026

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sitat.info Teleqraf-a istinadla xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

İki minik minik avtomobilinin toqquşması nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan və Biləsuvar rayon xəstəxanalarına aparılıblar.

Hər iki avtomobil hadisə zamanı Astara istiqamətində hərəkətdə olub.

 

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti