Şakiranın Doha konserti təxirə düşdü

19:25 25 Mart 2026

Məşhur müğənni Şakiranın “Las Mujeres Ya No Lloran World Tour” çərçivəsində keçirilməsi planlaşdırılan Qətər konserti təxirə düşüb. Sitat.info CNN-ə istinadən xəbər verir ki, Dohadakı 974 stadionunda planlaşdırılan tədbir Yaxın Şərqdəki hərbi gərginlik səbəbindən başqa tarixə keçirilib. Lakin kolumbiyalı superulduzun konsertinin dəqiq tarixi hələ açıqlanmayıb.

Bildirilib ki, aprelin 1-nə planlaşdırılan konsertə bilet alanlar istəsələr, pullarını geri ala bilərlər. Biletlər növbəti konsertdə də keçərli olacaq.

 

 

 
 
 



Xəbər xətti