İstanbulda İsrail konsulluğu önündə atışma: 3 şübhəli zərərsizləşdirildi, 2 polis yaralandı

13:55 7 Aprel 2026

İstanbulda İsrail konsulluğunun da yerləşdiyi binanın qarşısında atəş səsləri eşidilib.

Hadisə nəticəsində 2 polis əməkdaşı yaralanıb,  zərərsizləşdirilən  3 şübhəlidən, 2-si ölüb, 1 nəfər yaralı olaraq saxlanılıb. 

Sitat.info  bu barədə CNNTürk-ə istinadən xəbər verir. 

Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.

Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir.

Nigar,

Sitat.info



Xəbər xətti