Azərbaycanı Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

16:25 23 Aprel 2026

Azərbaycanı Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib.

“Sitat.info” Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJF) təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 39 cüdoçu (20 oğlan, 19 qız) ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət yığmaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət komandaya isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Yarışın ədalət təmsilçiləri arasında ACF-nin hakimlər heyətinin üzvləri, B kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq.

Oğlanlar

50 kq
Nihad Ağayev

55 kq
Rza Xəlilli
Fərid Xudiyev
İbrahim Talıbov

60 kq
Mehman Əsgərov
Mikayıl Qocayev

66 kq
Sənan Piriyev
İlkin Qarayev
Elgün Səfərov

73 kq
Sadiq Məmmədov
Kənan Rəhimov
Yusuf Nəzər

81 kq
Yaqub Məmmədov
Polad Həsənli
Amin Mehdiyev
Ayxan Həsənli

90 kq
Ömər Axundov
Nurəddin Əliyev

+90 kq
Tamerlan Əliyev
Ruslan Kazımov

Qızlar

40 kq
Sunay Salamova
Zəhra Quliyeva

44 kq
Nigar Heydərzadə
Pərvin Sevxanlı
Fatimə Abdullayeva

48 kq
Səkinə Zeynalova
Könül Eyvazlı

52 kq
Tövsiyyə Babayeva
Nərmin Ağamirzəzadə

57 kq
Gülnaz Məmmədtağıyeva
Səma Vəlizadə
Yağmur Əhmədzadə
Səmayə Yusifli

63 kq
Nəzakət Vəliyeva
Türkan Məmmədli
Zilan Hüseynli

70 kq
Rəna Əhmədova
Məsumə Məmmədli

+70 kq
Zemfira Əliyeva

Qeyd edək ki, aprelin 25-26-da təşkil olunacaq turnirdə ümumilikdə 36 ölkədən 774 idmançı (472 oğlan, 302 qız) mübarizə aparacaq.



Xəbər xətti