AFFA bu klubu 13 min manat CƏRİMƏLƏDİ

15:54 29 Aprel 2026

"Neftçi" klubu 13 min manat cərimələnib.

Sitat.info xəbər verir ki, buna Misli Premyer Liqasının XXIX turunda "Qarabağ"la oyunda yaşananlar səbəb olub.

Matçın 90+3-cü dəqiqəsində komandanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə altıncı dəfə təkrarlandığına görə "ağ-qaralar" 5 000 manat ödəyəcək.

Bundan əlavə, fanatlar kütləvi şəkildə təhriqamiz ifadələr səsləndirdikləri üçün klubu 8 000 manat ziyana salıblar. Bu hal mövsümdə səkkizinci dəfə yaşanıb.

"Qarabağ" isə tərəfdarların pirotexniki vasitədən istifadəsinə görə 7 000 manat cərimələnib.



Xəbər xətti